Küçə itləri lüks avtomobili parçaladı - VİDEO

Gündəm 14 Avqust 2018 21:00 Oxunub 712
Küçə itləri lüks avtomobili parçaladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İtlər gecə saatlarında bir pişiyin arxasınca düşüblər.

Türkiyənin Sakarya şəhərində sahibsiz 3 it Serbay Baş adlı şəxsin "Mazda” markalı lüks avtomobilinə ziyan vurublar.

 

Avtosfer.az qafqazinfo.az-a istinadən xəbər verir ki, itlər gecə saatlarında bir pişiyin arxasınca düşüblər.

 

Pişik həmin avtomobilin altında gizləndiyi üçün itlər də oraya girmək istəyiblər. Ac itlər avtomobilin qabaq bufer hissəsini parçalayaraq pişiyi tutmaq istəsələr də, buna nail ola bilməyiblər və oradan uzaqlaşıblar.

 

Dəyəri 150 min lirə (təqribən 50 min manat) olan avtomobilə 4 min lirəlik ziyan dəyib.

 

Avtomobil sahibi müvafiq qurumlara səslənərək küçələrdəki sahibsiz itlərin toplanmasını istəyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh