Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Yeniliklər 14 Avqust 2018 14:00 Oxunub 1384
Padar stansiyasında yeni yoldəyişənlər quraşdırılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
186 yoldəyişən yenisi ilə əvəz olunub

 Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi kimi Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə,  2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Padar stansiyasında 14 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh