Dizellə işləyən avtomobil olanlar OXUYUN! - USTA MƏSLƏHƏTİ

Avtoxəbər 14 Avqust 2018 21:20 Oxunub 2293
Dizellə işləyən avtomobil olanlar OXUYUN! - USTA MƏSLƏHƏTİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Dizellə işləyən yeni avtomobillər "Avro - 4", "Avro - 5" standartıdır..."

Tarif Şurasının qərarı ilə Azərbaycanda “Aİ-92” markalı benzinin bahalaşmasından sonra, maşın bazarında dizellə çalışan avtombillərə tələbat artıb. Tələbat artıdığı üçün sözügedən avtomobillərin qiymətində artım olub.

 

Dizellə işləyən maşınlara təlabat artsa da, avtomobil ustaları bu cür avtomobilləri sürücülərə məsləhət bilmir.

 

Avtosfer.Az-ın məlumatına görə, bu barədə Metbuat.az-a açıqlama verən avtomobil ustası Əli Sulatnov bildirib ki, dizel mühərriklərin həm ehtiyat hissələri baha olur, həm də tez sıradan çıxır:

 

“Dizellə işləyən yeni avtomobillər "Avro - 4", "Avro - 5" standartıdır. Bizdə istehsal olunan dizel isə heç "Avro - 1" satndartına cavab vermir. Ona görə də, avtomobildə mütmadi olaraq problemlər ortaya çıxır. Köhnə model dizel avtomobillər müəyyən qədər yaxşıdır. Amma yeni model dizel avtomobillərin hamısı problemlidir.

 

Həmçinin, dizellə işləyən avtomobilin mühərrikinin hissələri benzinlə işləyəndən qat-qat bahadır. Yük avtomobilləri, eləcə də bölglərə işləyən taksilərə dizellə işləyən avtomibillər sərf edir. Lakin şəhəriçi dizellə işləyən avtomobil sürmək heç də sərfəli deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh