Qobuda təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib

Gündəm 14 Avqust 2018 16:12 Oxunub 695
Qobuda təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub

Abşeron rayonunun Qobu qəsəbəsində təcili yardım yolun bərbadlığı səbəbindən ünvana çata bilməyib.

Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəsəb sakini, 1964-cü il təvəllüdlü Reyhan Məhərrəm qızı Quliyevanın səhhəti kəskin pisləşdiyi üçün yaşadığı ünvana həkim briqadası çağırılıb, lakin yolun keçilməzliyi səbəbilə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) avtomobili çağırış olan əraziyə çata bilməyib. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər xəstəni xərəklə TTTYS-nin avtomobilinin olduğu əraziyə çatdıraraq həkim briqadasına təhvil veriblər. 

O.Ə.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh