"Qanuni oğru"ya xəbərdarlıq edildi - Ölkəni tərk etməlisən

Gündəm 14 Avqust 2018 23:40 Oxunub 1691
"Qanuni oğru"ya xəbərdarlıq edildi - Ölkəni tərk etməlisən
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb

"Taro" ləqəbi ilə tanınan "qanuni oğru" Tariyel Onianini həbsxanadan azad olunduqdan sonra Rusiya ərazisini tərk etməyə məcbur edirlər.

 

Avtosfer.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevin göstərişinə əsasən, cəzasının 10 ilini "Qara delfin"də çəkən "qanuni oğru" bu haqda avqustun 6-da məlumatlandırılıb. "Taro" ölkəni tərk etməyəcəyi təqdirdə isə deportasiya olunacaq.

 

Bu xəbər "Taro"nun bütün planlarını alt-üst edib. Onun reaksiyası videogörüntülərdə də öz əksini tapıb. Belə ki, o, hüquq mühafizə orqanlarının əməkdaşlarına etirazını bildirib. Amma "qanuni oğru"ya izah edilib ki, bu, şəxsən daxili işlər nazirinin göstərişidir və vəkilləri vasitəsilə qanuni qaydada şikayət verə bilər.

 

Nazirliyin nümayəndələri ilə "qanuni oğru"nun görüşü isə ötən həftə baş tutub. Güc strukturlarından verilən məlumata görə, ən təhlükəli cinayətkarların saxlanıldığı xüsusi rejimli cəzaçəkmə müəssisəsi "Taro"ya o qədər də güclü təsir etməyib. O, söhbət əsnasında özünü olduqca sakit və təmkinli aparıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh