Ötən gün yol qəzalarında – 1 ölü

Gündəm 15 Avqust 2018 09:32 Oxunub 531
Ötən gün yol qəzalarında – 1 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

Avqustun 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 132 cinayət faktı qeydə alınıb, onların da 30-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh