Fernando Alonso "Formula-1"i tərk edir

Yarışma 15 Avqust 2018 09:33 Oxunub 2242
Fernando Alonso "Formula-1"i tərk edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alonso yeni komandanın heyətində iki dəfə dünya çempionu olub

Məşhur avtomobil yarışçısı Fernando Alonso 2018-ci il mövsümünün sonunda "Formula-1"i tərk etmək qərarına gəlib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Alonso etiraf edib ki, daha da irəliyə getməyin vaxtı çatıb: "Mən bütün bu mövsümlər ərzində yarışların hər dəqiqəsindən zövq almışam və bu müddəti belə məxsusi edən insanlara təşəkkür etmək üçün nə qədər söz desəm kifayət etməz". İspaniyalı idmançı 2001-ci ildə "Minardi" komandasında debüt etməklə "Kral seriyası"da 17 mövsüm keçirib. "Renault"a keçdikdən sonra uğur qazanmağa başlayıb. Alonso yeni komandanın heyətində iki dəfə dünya çempionu olub. O, son mövsümü "McLaren"də keçirib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh