Yol polisi Şirvanda maarifləndirici aksiya keçirib - FOTO

Avtoreyd 15 Avqust 2018 09:44 Oxunub 2591
Yol polisi Şirvanda maarifləndirici aksiya keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək

“Təmiz hava” aylığı çərçivəsində Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reydlər davam etdirilir. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə Şirvan şəhərində nəqliyyatın sıx olduğu yerlərdə avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə reyd keçirilib. Xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə tələblər və qaydalar izah olunub. Reyd zamanı bəzi minik avtomobillərində atmosferə buraxılan zərərli qazların miqdarının normadan bir neçə dəfə artıq olması müşahidə olunub. Yol Polisi Bölməsinin inspektorları tərəfindən atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülər barədə qanunamüvafiq tədbirlər görülüb. Bununla yanaşı reyd zamanı ciddi qayda pozuntularına yol verərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən, sənədsiz avtomobil idarə edən və əks zolaqla hərəkət edən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. “Təmiz hava” aylığı çərçivəsində keçirilən reydlər avqust ayının sonuna qədər davam etdiriləcək. 

Namiq

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/39155850_2093367277547241_4248600216346820608_n.jpg?_nc_cat=0&oh=b0191b6dbf0f34aa98780d05745cd83e&oe=5C09A272

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/39118144_2093367274213908_532823571043450880_n.jpg?_nc_cat=0&oh=a3bf61d52e32ac7f0f9c466372e5a8cb&oe=5BFC2B73

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/39113438_2093367290880573_6889091383454334976_n.jpg?_nc_cat=0&oh=d590b1ded0686bc8c60938c2ddd65b2d&oe=5C03EF0A

ŞƏRH YAZ
Ad

E-mail

Şərh