Valideyin göstərilən köməyə görə polislərə minnətdarlıq etdi - FOTO

Gündəm 15 Avqust 2018 10:01 Oxunub 685
Valideyin göstərilən köməyə görə polislərə minnətdarlıq etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qısa müddət ərzində uşağın valideynləri tapılaraq onlara təhvil verilib

İyulun 30-da Şirvan şəhəri ərazisində 3 yaşlı oğlanın tək dolaşması Şirvan ŞPŞ-nin Post Patrul Xidmətinin ərazidə xidmət aparan əməkdaşlarının diqqətini cəlb edib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları uşağa yaxınlaşaraq onun azdığını müəyyən ediblər. Daha sonra azyaşlı Şirvan ŞPŞ-yə gətirilərək onun ailəsinin axtarışına başlanılıb. Qısa müddət ərzində uşağın valideynləri tapılaraq onlara təhvil verilib. Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə və göstərdikləri əvəzolunmaz köməyə görə DİN və Şirvan ŞPŞ rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Namiq

https://scontent.fgyd8-1.fna.fbcdn.net/v/t1.0-9/39162758_2093381657545803_7827588114687197184_n.jpg?_nc_cat=0&oh=86fd76825f0fbaace065e6a4c0dc92e5&oe=5BC5F795

ŞƏRH YAZ
Ad

E-mail

Şərh