Ölən balasını 17 gün kürəyində daşıdı

Maraqlı 15 Avqust 2018 23:00 Oxunub 1171
Ölən balasını 17 gün kürəyində daşıdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sonra isə digər balinalara qoşularaq yas mərasimini bitirib

Kanadanın Vankuver adası sahillərində maraqlı hadisə qeydə alınıb.

 

Avtosfer.Az "ölkə.az"-a istinadən bildirir ki, "Balina Tədqiqatları Mərkəzi"nin mütəxəssisləri bildiriblər ki, ölmüş balasnı Haro Boğazında bəzən kürəyində, bəzən də burnuyla itələyərək üzdürən ana balina 1 600 km məsafə qət edib. Sonra isə digər balinalara qoşularaq yas mərasimini bitirib.

 

Qatil balinalar ölən balalarını bir həftə özləri ilə daşıyırlar. Amma 17 gün artıq rekorddur. Mütəxəssislər "J35" adlandırılan və bir neçə gündür mətbuatın diqqətini cəlb edən balinanın sağlamlığından narahat idilər. Amma Mərkəzdən verilən məlumata əsasən, heyvanın vəziyyəti yaxşıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh