Azərbaycanda kanat yolu çəkiləcək

Yeniliklər 15 Avqust 2018 22:00 Oxunub 1985
Azərbaycanda kanat yolu çəkiləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu beynəlxalq turizm potensialını daha da artıracaq

Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə 1,7 kilometrlik kanat yolunun çəkilməsi nəzərdə tutulub.

 

Avtosfer.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a məlumat verən Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

 

Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin kanat yolunun çəkilişi Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh