Goranboyda yük maşını maneəyə çırpılıb

Qəzalar 15 Avqust 2018 10:30 Oxunub 631
Goranboyda yük maşını maneəyə çırpılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub

Bakı-Qazax avtomobil yolunun Goranboy ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

 

Avtosfer.Az "Report"a istinadən bildirir ki, rayonun Goran qəsəbəsi ərazisi ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol ayrıcındakı metal maneəyə çırpılıb.

 

Nəticədə magistral yolda bir müddət qismən tıxac yaranıb. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda avtomobillərin hərəkəti tam bərpa olunub.

 

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh