Absurd qərarlar ictimai nəqliyyata zərər vurur - FOTO

Yazarlar 15 Avqust 2018 11:36 Oxunub 1601
Absurd qərarlar ictimai nəqliyyata zərər vurur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu, ictimai nəqliyyat üçün yolverilməz bir haldır

Bura Hüseyn Cavid prospektinin və Haqverdiyev küçəsinin kəsişməsidir. Avtosfer.az xəbər verir ki, şəhərin bir çox yerində olduğu kimi burada sol döngə qadağandır, yəni Haqverdiyev küçəsi ilə sola yəni Mətbuat prospekti tərəfə getmək istəyənlər sağa dönür, daha bir yol ayrıcını keçir və İnşaatçılar propektinin yaxınlığında geridə dönmə edir və Mətbuat prospekti istiqamətində gedir. Şəxsi minik avtomobilləri üçün bu normal hal ola bilər, lakin ictimai nəqliyyat üçün yol verilməz bir haldır.

https://3.bp.blogspot.com/-xD0ICH0DJI8/W3PBj6EEGEI/AAAAAAAAGgA/t-_dcH0pS7o8amz1rRFgl6mUGCjUuVPHgCLcBGAs/s280/IMG_20180814_182115.jpg

Məsələn 18 nömrəli avtobus əvvəllər bu yol ayrıcını belə keçirdi.

https://2.bp.blogspot.com/-920akU6c8HE/W3PCDPzTJbI/AAAAAAAAGgQ/8EtLjCBfyP83icKz-O4uxrWAO8yDhvBvwCLcBGAs/s280/Slide1.PNG

İndi isə hansısa yanlış və zərər qərara görə bu yolu belə keçməli olur.

https://2.bp.blogspot.com/-Zij2ah17aJw/W3PCMj2n7-I/AAAAAAAAGgU/xDLdzAKO39MIbrjzo9KiTAwh-3BUE8YxACLcBGAs/s280/Slide2.PNG 

Geriyə dönmə yeri də çox maraqlıdır: 12 metrlik avtobus qoşa xətt üzərdə təşkil olunmuş geriyədönmə yerindən inanılmaz manevr edir.

https://2.bp.blogspot.com/-QOhXASxMiPo/W3PCXN8ut4I/AAAAAAAAGgY/0k35jrc4K7UrowIEdHrmusRv6jOB6s2JgCLcBGAs/s280/IMG_20180814_181623.jpg

Qeyd edim ki, bu əməliyyatı etmək üçün avtobus 800 metr artıq yürüş edir və ən azından bir dəfə svetoforda dayanır. Gün ərzində 18 nömrəli avtobuslar yüzlərcə kilometr heç kimin xeyrinə olmayan artıq yürüş edir. Bu qərar marşrut istismarı xərclərinu süni şəkildə artırır, sərnişinlərin səfərini uzadır, artıq yanacaq yandırmaqla ekologiyaya zərər verir. İctimai nəqliyyata əsl prioritet verilən şəhərlərdə bəzi kəsişmələrdə son döngə qadağan olsa da avtobuslar üçün istisnalar edilir, əslində Bakıda da belə olub.

https://3.bp.blogspot.com/-QaiRfMKqWjE/W3PCiFi4QRI/AAAAAAAAGgg/j6cNnBrLLj8KPffBX97K4BL7a6wu_aBzQCLcBGAs/s280/busses.jpg

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh