Stomatoloqun evindən 6 min dollar və 15 min manatlıq qızıl oğurlanıb - FOTO

Gündəm 15 Avqust 2018 12:25 Oxunub 555
Stomatoloqun evindən 6 min dollar və 15 min manatlıq qızıl oğurlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Tovuz RPŞ-da əməliyyat-axtarış qrupu yaradılıb və araşdırmalara başlanılıb

Tovuz rayonunda stomatoloqun evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib. Belə ki, avqustun 14-dən 15-ə keçən gecə kənd sakini, stomatoloq İlham Ələkbərovun evinə naməlum şəxs və ya şəxslər girərək oğurluq ediblər.  İ.Ələkbərov bildirib ki, naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar: "Həmin vaxt mən ailə üzvlərimlə birgə parkda gəzintiyə çıxmışdıq. Evə qayıdandan sonra gördüm ki, otaqlar dağınıq vəziyyətdədir. Otaqlardan birinin divarında xüsusi olaraq gizlədilmiş və üzərində portret olan seyf var idi. Dərhal seyfin olduğu otağa baxdım və gördüm ki, seyfin içindəki pul və qızıl əşyalar oğurlanıb". O, əlavə edib ki, seyfin içərisində 6000 ABŞ dolları, 700 manat pul və 15000 manat dəyərində qızıl-zinət əşyaları olub.  Oğurluq edən şəxs və ya şəxslər evdə başqa əşyalara toxunmayıblar.  İ.Ələkbərov baş verən hadisə ilə bağlı Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.  Faktla bağlı Tovuz RPŞ-da əməliyyat-axtarış qrupu yaradılıb və araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh