Avtomobildə gizlədilmiş mobil telefonlar aşkarlanıb - FOTO

Gündəm 15 Avqust 2018 12:28 Oxunub 643
Avtomobildə gizlədilmiş mobil telefonlar aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin salonunda, sürücü qapısının örtüyü altında gizlədilmiş, 2 ədəd "Samsung Galaxy J5", 2ədəd"Samsung Galaxy J2" və 1ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Namiq

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh