Yaşadığı evdə 70 kiloqrama yaxın çətənə kolu yetişdirən şəxs tutulub - Goranboyda

Gündəm 15 Avqust 2018 12:55 Oxunub 600
Yaşadığı evdə 70 kiloqrama yaxın çətənə kolu yetişdirən şəxs tutulub - Goranboyda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda saxlanılan şəxsin barəsində cinayət işi başlanılıb, araşdırma aparılır

Goranboy rayonunda yaşadığı evdə çətənə kolu yetişdirən şəxs tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, Xocalı rayon sakini, 1959-cu il təvəllüdlü Qubad Nağıyev öz həyətində kultivasiya və aqrotexniki qaydada qulluq edərək ümumi çəkisi 70 kiloqramdan artıq olan çətənə kolları becərib. Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Q.Nağıyev saxlanılıb. O, ifadəsində kəskin ağrıları olduğunu və bu ağrıları yetişdirdiyi narkotik tərkibli bitkilərdən istifadə edərək sakitləşdirdiyini bildirib. Hazırda saxlanılan şəxsin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh