Piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub - Abşeronda

Gündəm 15 Avqust 2018 12:59 Oxunub 599
Piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub - Abşeronda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

Abşeron rayonunda piyadanı vuraraq öldürməkdə şübhəli bilinən sürücü tutulub. Avtosfer.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 12-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Məsləhət Qədimov vurulub və nəticədə piyada hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “KamAZ” markalı avtomobilin sürücüsü, Şamaxı rayon sakini Xalid Daşdıyev saxlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh