İtkin düşən kişinin meyiti tapılıb - Balakəndə

Gündəm 15 Avqust 2018 13:34 Oxunub 643
İtkin düşən kişinin meyiti tapılıb - Balakəndə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
68 yaşlı kənd sakini selə düşüb və meyiti də su çəkildikdən sonra aşkarlamaq mümkün olub

Beş gün əvvəl Balakən rayonunda itkin düşən kişinin meyiti tapılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1950-ci il təvəllüdlü Süleyman Müslüm oğlu Ramazanovun meyiti sakini olduğu İtitala kəndi ərazisində aşkar edilib. Məlumata görə, 68 yaşlı kənd sakini selə düşüb və meyiti də su çəkildikdən sonra aşkarlamaq mümkün olub. Qeyd edək ki, S.Ramazanov avqustun 10-da itkin düşüb. Onun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunmuşdu.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh