Qadın təyyarədə soyundu, dava saldı - FOTO

Avtosfer Foto 15 Avqust 2018 13:55 Oxunub 1858
Qadın təyyarədə soyundu, dava saldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təyyarə heyəti qadının əl-ayağını kəmərlərlə bağlayıblar

Rusiyanın "Azur Air" aviaşirkətinin Moskva-Antalya reysi ilə uçan təyyarəsində insident yaşanıb. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Moskvadakı Domodedovo hava limanının "Duty Free" bölməsində spirtli içki alaraq sərxoş olan qadın sərnişin təyyarəyə minəndən sonra dava salıb. Təyyarə heyəti qadının əl-ayağını kəmərlərlə bağlamalı olublar. Fəqət, sərxoş qadın sakitləşməyib. Ağlayaraq başını salonun divarına vuran qadın qışqırırdı: "Sənə yalvarıram! Əllərimi bağlayıblar! Səninlə əlaqə saxlaya bilmirəm! Sən nə baş verdiyini görmürsən! Mənə bax! Qanıma bax! Onlar murdardır, yalançıdır! Onlar səni aldadırlar!" Təyyarə Antalya limanına çatanda qadını azad buraxıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh