Nəvə nənəsinin qarajında iki nadir "Lamborghini" tapdı - FOTO

Avtodünya 16 Avqust 2018 09:32 Oxunub 4297
Nəvə nənəsinin qarajında iki nadir "Lamborghini" tapdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
20 il qarajda qalmış avtomobil 321 nüsxədə buraxılıbmış

Reddit şəbəkəsinin eriegin adlı istifadəçi nənəsinin qarajında nadir Lamborghini Countach superkarını aşkar edib. 20 il qarajda qalmış avtomobil 321 nüsxədə buraxılan Lamborghini Countach 5000S modelindən biridir. Avtomobilin təxmini qiyməti 400-500 min dollar təşkil edir.

Qeyd etmək lazımdır ki, Lamborghini Countach modeli ilə yanaşı qarajda digər avtomobillər də aşkar edilib. Bunların arasında Ferrari 308 modeli də vardır. Bu avtomobillər erieginin babası tərəfindən 80-ci illərin əvvəlində alınmışdır. Avtomobillərin sahibi eksklyuziv avtomobillər satışı salonunu açmağı planlaşdırsa da, yükəsk sığorta ödənişləri səbəbindən bu ideyadan vaz keçmişdir.

Nəticədə sportkarlar 20 il ərizndə qarajda bağlı qalıblar. Lamborghini Countach 5000S 380 at qüvvəsi və 410 Nm fırlanma anı hasil edən 4,8-litrlik V12 mühərriki ilə təchiz edilirdi. Güc aqreqatı beş pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışırdı. 5000S modelinin ilk 20 nüsxəısi maqnezium ərintisindən hazırlanmış Campagnolo diskləri ilə təchiz edilirdi. (autograph)

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh