"BMW X7"nin yeni modeli gəlir - VIDEO

Avtodünya 16 Avqust 2018 10:38 Oxunub 2225
"BMW X7"nin yeni modeli gəlir - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alman istehsalçısının Spartanburqdakı zavodunda başlanıbdır

BMW şirkəti bayraqdar krossoveri olacaq X7 modelinin növbəti videotizerini yayıb. Kamuflyaja bürünmüş model şossedə, torpaq yolda, qumluqda və qarlı yollarda sınaqdan keçirilən zaman lentə alınıb.

X7 krossoveri 3-Series və 7-Series sedanlarının, həmçinin yeni nəsil X3 modelinin istehsalında istifadə edilən CLAR modul platformasında inşa edilibdir.

Bavariya istehsalçısının yeni flaqmanı iri ölçülərə malik olacaqdır. Krossoverin qabarit uzunluğu 5100 millimetr, eni - 2020 millimetr, hündürlüyü isə 1800 millimetr təşkil edəcəkdir. Beləliklə, X7 krossoveri X5 modelindən 178 millimetr uzun, 16 millimetr enli və 55 millimetr hündürdür.

Onun təkər bazası 3010 millimetrdir ki, X5 modelində bu rəqəm 2975 millimetrdir. BMW X7 modelinin pilot istehsalına keçən ilin sonunda alman istehsalçısının Spartanburqdakı zavodunda başlanıbdır.

Bu zavodda X3, X4, X5 və X6 modelləri də istehsal olunur. İlkin olaraq X7 modeli 3,0-litrlik altı silindrli benzin və dizel, həmçinin 4,4-litrlik V8 aqreqatı ilə təklif ediləcəkdir. Sonradan krossoverin mühərrik qammasına hibrid güc aqreqatı da daxil ediləcəkdir.

Çox güman ki, flaqmanın ən dəbdəbəli modifikasiyası 610 at qüvvəsi hasil edən 6,6-litrlik V12 mühərriki ilə də təchiz ediləcəkdir. Avtomobilin zahiri görkəminə gəldikdə isə, bu artıq sirr deyildir. Bir müddət bundan öncə krossoverin patent təsvirləri yayılmışdır. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh