"Porsche Panamera Turbo S E-Hybrid" rekorda imza atıb - VIDEO

Avtoxəbər 16 Avqust 2018 12:44 Oxunub 2125
"Porsche Panamera Turbo S E-Hybrid" rekorda imza atıb - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektrik ötürməsindən istifadə etməklə hetçbek 50 kilometr məsafə qət etmək iqtidarındadır

Porsche Panamera Turbo S E-Hybrid modeli altı yarış trekində rekorda imza atıb. «Bərkgedən» liftbek Bəhreyndəki «Sahir», Əbu-Dabidəki «Yas Marina», CAR-dakı «Kalyami» , Hindistanın «Budda», Dubaydakı avtodromda və Katardakı «Losal» trekində ən yeyin dördqapılı premium sinif avtomobili olub.

Porsche Panamera Turbo S E-Hybrid modeli 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki və elektromotor ilə təchiz edilir ki, bu tandem də 680 at qüvvəsi və 850 Nm fırlanma anı təklif edir. Beləliklə, yeni model, hazırda alman istehsalçısının model xəttində olan ən güclü avtomobildir. Hibrid avtomobil güc sarıdan 918 Spyder modelinə uduzsa da, sonuncunun istehsalına xitam verilməsi onu ilk sıraya yüksəltmişdir. Hibrid güc aqreqatı səkkiz pilləli PDK robotlaşdırılmış ötürmələr qutusu ilə birgə çalışır. Porsche Panamera Turbo S E-Hybrid modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 310 km/saat maksimal sürətə malikdir. Bununla belə, avtomobil 100 kilometrə 2,9 litr yanacaq sərf edir.

Elektrik ötürməsindən istifadə etməklə hetçbek 50 kilometr məsafə qət etmək iqtidarındadır.

Panamera Turbo S E-Hybrid modelinint əchizatına maye ilə soyudulan və 14,1 kVt/saat tutumu olan litium-ion batareyalar dəsti daxildir. Batareyaları elektrik şəbəkəsindən altı saata doldurmaq mümkündür.

Xüsusi qurğudan istifadə etməklə batareyaları 2,4 saata doldurmaq da olar. Yeni model üçün Porsche Communication Managment (PCM) və sürücüyə batareyaların doldurulması prosesinə məsafədən nəzarət etməyə imkan verən Porsche app. sistemləri daxildir. Hibrid model həm standart, həm də uzun bazalı Porsche Panamera Turbo S E-Hybrid Executive variantında təklif ediləcəkdir. 

Modelin standart təchizatına 21-düymlük 911 Turbo diskləri, saxsı-karbon əyləc mexanizmləri (PCCB), Porsche Dynamic Chassis Control Sport (PDCC Sport) aktiv asma sistemi, Porsche Torque Vectorinq Plus (PTV Plus) dartma vectoruna nəzarət sistemi, Power Steering Plus sükan sistemi, Sport Chrono dəsti, 3 kameralı Porsche Active Suspension Management (PASM) pnevmatik asması, aktiv aerodinamik elementlər daxil edilmişdir. (Autograph)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh