AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

Avtoxəbər 15 Avqust 2018 14:47 Oxunub 1240
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək

28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, AZAL aviaşirkətinin reysləri baqajın, əl yükünün ödənişsiz daşınması və qidalanma daxil olan klassik daşıma sxemi üzrə həyata keçiriləcək. “AZAL” aviaşirkətinin J2-223/J2-224 reysləri Airbus A319 / A320 tipli hava gəmiləri vasitəsilə həftənin çərşənbə axşamı və bazar günləri həyata keçiriləcək. Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək. Qeyd edək ki, 2017-ci ilin sentyabr ayından bu marşrut üzrə uçuşlar yalnız “AZAL” QSC-nin struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti tərəfindən həyata keçirilirdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh