Yeni "Lamborghini Aventador SVJ"  - VIDEO

Yeniliklər 16 Avqust 2018 14:53 Oxunub 1676
Yeni "Lamborghini Aventador SVJ"  - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İstehsalçı yeni superkarın imkanlarının hər kəsin «ağlını başından alacağını» yazıb

Lamborghini şirkəti Facebook sosial şəbəkəsindəki səhifəsində Aventador kupesinin SVJ indeksinə sahib olan hardkor variantının yeni təsvirini dərc edib. Yaşıl rəngə boyanmış avtomobilin ön kapotunun təsvir edildiyi şəkildə, istehsalçı yeni superkarın imkanlarının hər kəsin «ağlını başından alacağını» yazıb.

Lamborghini Aventador SVJ modelinin əsas xarakteristikalarından biri onun yaxşılaşdırılmış aktiv ALA (Aerodinamica Lamborghini Attiva) aerodinamikası olacaqdır. Yeni aerodinamika alın müqavimətinin və yerəbasma qüvvəsinin səviyyəsini dəyişmək, həmçinin döngələrdə avtomobilin antiqanadının sağ və sol tərəfini müxtəlif şəkildə yükləmək imkanına malikdir.

Maksimal sürətdə superkarın aerodinamikası 490 kiloqramlıq yerəbasma gücü hasil edərək, onu ön və arxa oxlar arasında 40:60 nisbətində paylaşdırır. Lamborghini Aventador SVJ modifikasiyası 770 at qüvvəsi və 720 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatı daha yeyin ötürmələr etmək üçün yenidən tənzimlənmiş bir muftalı yeddi pilləli ISR «robotu» ilə tandemdə çalışacaqdır.

Nürburqrinqin Şimal ilgəyindəki sınaqlar zamanı Aventador SVJ trekin yeni rekorduna imza atıb. Marko Mapellinin idarə etdiyi superkar treki 6 dəqiqə 44,95 saniyəyə qət edib. Bu, Porsche 911 GT2 RS modelinin rekordundan iki saniyə və Nio EP9 elektrik hiperkarının zamanından bir saniyə yeyindir. (autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh