Şamaxıda torpaq sürüşməsi baş verib - FOTO

Gündəm 15 Avqust 2018 15:22 Oxunub 588
Şamaxıda torpaq sürüşməsi baş verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Şamaxı rayonu məhəllə 48 A ünvanında, Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.  Ev sahibinin dediyinə görə, bir neçə gündür aktivləşən sürüşmə mişar daşı ilə hörülmüş hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə doğru istiqamət alıb. Məsələ ilə bağlı aidiyyəti qrumlara məlumat verilib. Qeyd edək ki, ötən il də bu ərazidə torpaq sürüşməsi baş verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh