Ən bahalı, zirehli "Tank" satılır - VİDEO

Texnologiya 15 Avqust 2018 17:52 Oxunub 3852
Ən bahalı, zirehli "Tank" satılır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zirehli "Tank"ı ilk alan amerikalı müğənni Kris Braundur

ABŞ-da fəaliyyət göstərən, "Beast" adlı hiperkarı ilə məşhur olan "Rezvani Motors" "Tank" adlı zirehli off-rouderinin yeni versiyasını təqdim edib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, "Rezvani Tank Military Edition" modeli "ekstremal-taktiki maşın" adlanır. Kuzovu atıcı silahdan tam müdafiəni təmin edən B7 tipli zirehlə örtülmüş maşında gülləkeçirməyən şüşələr, istilik vizoru, yanğınsöndürmə sistemi, tüstü "səddi" yaradan qurğu, gücləndirilmiş asqı və s. var. Adi "Tank" 500 at gücündə 6,4 litrlik V8 mühərriki ilə təchiz olunursa, "Military Edition"da "Dodge" superkarlarındakı 717 at güclü "Hellcat" mühərriki var. "Rezvani Motors"un sahibi Ferris Rezvaninin dediyinə görə, "Tank"ın ekstremal modifikasiyası "məşhər zamanı sağ qalmaq üçün əla vasitə"dir. "Tank Military Edition"un minimal qiyməti 295 min dollardır. Zirehli "Tank"ı ilk alan amerikalı müğənni Kris Braundur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh