Azərbaycanlı iş adamı öldürülüb

Gündəm 15 Avqust 2018 15:58 Oxunub 926
Azərbaycanlı iş adamı öldürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib

Rusiyanın paytaxt Moskvada, Kalujskoe şossesi ərazisində azərbaycanlı iş adamı öldürülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1980-cı il təvəllüdlü Sadiq Qulu oğlu Qasımov bıçaqlanaraq qətlə yetirilib. Moskva ətrafında yaşayan və xırda ticarətlə məşğul olan azərbaycanlının milliyyətcə gürcü olan Qurami adlı şəxs tərəfindən bıçaqlandığı bilrilir. Hadisənin tərəflər arasında baş verən mübahisə nəticəsində baş verdiyi bildirilir. Gürcü əsilli şəxs azərbaycanlı iş adamını bıçaqlayandan sonra qaçıb. Çoxlu qan itirən S.Qasımov isə hadisə yerində dünyasını dəyişib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh