Bayılda maaş verilməməsinə etiraz edən 3 fəhlə intihara cəhd edib - Real Video

Gündəm 15 Avqust 2018 16:27 Oxunub 1673
Bayılda maaş verilməməsinə etiraz edən 3 fəhlə intihara cəhd edib - Real Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda həmin şəxslərlə söhbət aparılır

Bu gün saat 16 radələrində, Bakı şəhəri, Səbail rayonu Xanlar küçəsində yerləşən istilik qazanxanasının həyətində intihara cəhd hadisəsi baş verib. Xanlar küçəsinin başlanğıcı, Dövlət Dəniz Administrasiyasının qarşısındakı yeni tikilən binada fəhlə işləyən 3 nəfər əməkhaqqının verilməməsinə etiraz edərək istilik qazanxanasının ərazisində olan hündür qülləyə çıxaraq intihar edəcəklərini bildiriblər. Əraziyə Səbail rayon polis idarəsinin əməkdaşları gəlib. Hazırda həmin şəxslərlə söhbət aparılır.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh