Bakıda toy karvanı yolu belə kəsdi - VIDEO

Avtosfer TV 15 Avqust 2018 22:24 Oxunub 1905
WhatsApp kanalımıza abunə ola bilərsiniz
120 lik yolda 5-6 dəqiqə ərzində 60 km/saat sürətlə hərəkət ediblər

Bakıda daha bir toy karvanı yolda hərəkəti məhdudlaşdırıb. Avtosfer.az xəbər verir ki, avqustun 9-da saat 17:40 radələrində Zığ şossesinin 120 km/saat sürət təşkil olunmuş hissəsində toy karvanında hərəkətdə olan sürücülər, yolun bütün zolaqlarını zəbt edərək daha asta sürətlə hərəkət ediblər. Videonu qeydə alan sürücünün sözlərinə görə, toy karvanında hərəkət edən sürücülər 5-6 dəqiqə ərzində 60 km/saat sürətlə hərəkət ediblər. Sürücülərin səs siqnalı verərək etiraz etməsinə baxmayaraq, toy karvanındakı sürücülər öz hərəkətlərinə davam ediblər.

Yol Hərəkəti Haqqında Qanunun 50-ci maddəsinin VI hissəsinin 2-ci bəndində qeyd olunub ki, lüzumsuz olaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçün maneə yaratmaq qadağandır.

Ümid edirik ki, DYP idarəsinin rəhbərliyi toy karvanındakı qanunun tələbini pozan sürücüləri aşkar edərək məsuliyyətə cəlb edəcək.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh