Şəki Dövlət Yol Polisi Daxili Qoşunlarda görüş keçirib - FOTO

Yol polisi 15 Avqust 2018 23:21 Oxunub 2811
Şəki Dövlət Yol Polisi Daxili Qoşunlarda görüş keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərbiçilərin yol hərəkət qaydaları ilə bağlı suallarını ətraflı cavablandırılıb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat Üzrə İnspektoru polis baş leytenantı Tural Niftalıyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  “DİO əməkdaşlarının yol hərəkəti qaydalarına riayət etmələrinə və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına yönələn tədbirlərin gücləndirilməsi barədə” göstərişinin icrası ilə əlaqədar olaraq, 10.08.2018-ci il tarixdə Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində hərbiçilərlə, fərdi nəqliyyat vasitələrinin sürücülərinin YHQ barədə maarifləndirilməsi məqsədi ilə görüş keçirib. Tədbirdə yol-nəqliyyat hadisələrinin yaranma səbəbləri, onların aradan qaldırılması yolları, son dövrlərdə Azərbaycan Respublikası İXM-nə edilən dəyişikliklər və ümumilikdə yol hərəkət qaydaları barədə ətraflı məlumatlar verib.

Görüşdə çıxış edən Təbliğat və Təşviqat Üzrə İnspektoru polis baş leytenantı Tural Niftalıyev bildirib ki, bu maarifləndirici görüş də, həmin profilaktiki tədbirlərdən biridir. Cari ildə bu, bizim Daxili Qoşunların Şəki şəhərində yerləşən hərbi hissəsində 8-ci görüşümüzdür.

T. Niftalıyev qeyd edib ki, aparılmış təhlillərlə müəyyən edilib ki, 2017-ci il ərzində, eləcə də 2018-ci ilin II rübündə respublikamız ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisələləri əsasən  sürət məhdudiyyətinin aşılması, ötmə və manevretmə, qarşı hərəkət zolağına çıxma kimi kobud yol hərəkət qaydalarının pozulması nəticəsində baş verib. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edilməsi, təhlükəsizlik kəmərlərindən istifadə etməmə kimi yol hərəkət qayda pozuntuları isə baş verən qəzaların ağırlıq dərəcəsinin artmasına səbəb olub. 

“Ona görə də, Dövlət Yol Polisi yuxarıda qeyd olunan yol hərəkət qayda pozuntularına qarşı mübarizə tədbirlərini bir qədər də gücləndirib. Görülmüş bütün bu tədbirlər insanların həyat və sağlamlığının qorunmasına xidmət edir. Avtomobil qəzalarından uzaq düşməyiniz üçün, Sizin hər birinizi yol hərəkət qaydalarını bilməyə və onlara əməl etməyə çağırıram.” 

Çıxışdan sonra, Tural Niftalıyev hərbiçilərin yol hərəkət qaydaları ilə bağlı suallarını ətraflı cavablandırıb, bu cür maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildirib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh