Sərnişin aparan taksi qəzaya uğradı: xəsarət alanlar var - Qubada

Qəzalar 16 Avqust 2018 08:10 Oxunub 618
Sərnişin aparan taksi qəzaya uğradı: xəsarət alanlar var - Qubada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır

Qubada taksi qəzaya düşüb, iki sərnişin xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Xaçmaz rayonu Qusarçay kənd sakini, Səma İsabala qızı Əlizamanova və Xaçmaz rayonu Xudat şəhər sakini 1995-ci il təvəllüdlü Şəlalə İslam qızı Ibrahimova restorandan taksi ilə evə dönərkən Quba şəhəri, H.Əliyev prospektində avtoqəzaya uğrayıb. Onlar xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Əlizamanovaya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan stasionar müalicəyə cəlb edilib. Ş.İbrahimova isə yüngül xəsarətlər aldığından ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh