Bakı metrosunda cibgirlik edən şəxslər tutulub

Avtoxəbər 16 Avqust 2018 15:59 Oxunub 1259
Bakı metrosunda cibgirlik edən şəxslər tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb

Bakı metrosunda cibgirlik edən şəxslər tutulub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Beyləqan rayon sakini olan bir nəfərin “Nəsimi” stansiyasında içərisində 288 manat pulu və sənədləri olan pulqabısının oğurlanması barədə Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə polis şöbəsinə müraciət daxil olub. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilib, Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq Metropolitendə polis şöbəsinə gətiriliblər. Araşdırmalarla onların əvvəllər dəfələrlə məhkum olunmuşlar - Şəki şəhər sakini Neymət Musayev və Bakı şəhər sakini Şahəddin Pirəliyev olmaları məlum olub. Üzərlərinə şəxsi baxış zamanı narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Müəyyən edilib ki, zərəəkmiş şəxs qatar hərəkətdə olarkən yuxulu olub. N.Musayev yaranmış vəziyyətdən istifadə edərək onun əlində saxladığı, içərisində sənədləri və 288 manatı olan pul qabını soyğunçuluq yolu ilə alıb və tanışı Ş.Pirəliyevə verərək stansiyadan uzaqlaşıblar. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh