Bakıda avtobus dayanacağını kim zəbt edib? - BNA-dan acıqlama

Avtosfer Foto 16 Avqust 2018 21:40 Oxunub 1403
Bakıda avtobus dayanacağını kim zəbt edib? - BNA-dan acıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb

Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib. Avtosfer.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib. Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb. Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh