Yol polisi sürücülərə 34 milyon cərimə yazıb

Yol polisi 16 Avqust 2018 22:08 Oxunub 1393
Yol polisi sürücülərə 34 milyon cərimə yazıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,1 faiz artaraq 1 milyon 619,7 min olub. Avtosfer.Az-ın Femida.az-a istinadən məlumata görə, xətaların 50,3 faizi yolda müəyyən edilmiş sürət həddinin aşılması (ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox), 13,9 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (52,6 faiz çox), 12,4 faizi dayanma və ya durma qaydalarının pozulması (15,5 faiz çox), 10,5 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (4,5 faiz çox), 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (56,5 faiz çox), 3 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (17,7 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

Qaydaların pozulmasına görə 34,1 milyon manat məbləğində cərimə tətbiq edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh