Səyahət sığortasına niyə maraq yoxdur? - VİDEO

Yazarlar 17 Avqust 2018 00:00 Oxunub 1315
Səyahət sığortasına niyə maraq yoxdur? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tendensiya uzun müddətdir davam edir

Azərbaycanda ölkədaxili səyahətə gedənlər özlərini sığortalamırlar. Bu tendensiya uzun müddətdir ki, davam edir. Şəxsi sığorta növlərindən sayılan fərdi qəza sığortası ölkədaxili səfər zamanı baş verəcək bədbəxt hadisələrdən zamanı alınan xəsarətdən sığortalanmaq üçün tətbiq edilir. Fərdi qəza sığortası özündə yüngül - ağır xəsarətlər, 1,2,3-cü dərəcə əlillik və ölümə görə təminatı ehtiva edir.Azərbaycan Sığortaçılar Assossiasiyasının rəhbəri Mustafa Abbasbəyli deyir ki, bu sığorta növünə marağın az olmasının müxtəlif səbəbləri var.

Mustafa Abbasbəylinin sözlərinə görə vətəndaşlar istədikləri məbləğdə sığorta ödənişi üçün müqavilə bağlaya bilərlər. Sığorta haqları da buna uyğun hesablanır

Ekspert deyir ki, səyahət zamanı hansısa bədbəxt hadisə hansısa obyektin səhlənkarlığı ucbatından baş verərsə sığorta ödənişi verilməsi ləngiməməlidir.

Mustafa Abbasbəylinin sözlərinə görə ölkədə icbari tibbi sığorta tam tətbiq edildikdən və tibbi xidmətlərin səviyyəsi daha da yüksəldikdən sonra fərdi qəza sığortasına ehtiyac olmayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh