Yol polisi sürücüləri qəzadan belə qorudu - VİDEO

Yol polisi 17 Avqust 2018 01:19 Oxunub 5836
Yol polisi sürücüləri qəzadan belə qorudu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yolun rənglənməsi zamanı yaranmış təhlükənin qarşısını DYP alıb

Bir neçə gündür Şamaxı-İsmayıllı yolunda təmir işləri aparılır. Avtosfer.az xəbər verir ki, yolun çala-çökək hissələri təmir edilir, nişanlanma xətləri yenilənir. Bu gün Muğanlı-İsmayıllı yolu üzərindəki dolaylarda xətləmə işləri aparılarkən yolda hərəkətdə olan sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Bunu nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları yolu təmir edənləri nəzarətə götürüb. Avtosfer.az-ın əmkdaşı təsadüfən həmin kadrları çəkə bilib. Videodan da göründüyü kimi, 99 YP 800 və 99 YP 804 dövlət nömrə nişanlı DYP avtomobilləri yolu rəngləyən texnikanı öndən və arxadan nəzaratə götürüb. Arxadan gələn maşınlara 99 YP 804 nömrəli patrul avtomobilindəki inspektor sağdan keçməyi, öndən gələnlərə isə 99 YP 800 nömrəli patrul maşınındakı əməkdaşlar soldan və asta sürətlə hərəkət etmək barədə göstəriş verib. Bu proses həmin yolun təhlükəli zonaları başa çatanadək davam edib. YPX maşınlarınən sayrışan işıqlar və səs siqnalı vasitəsilə verdiyi işarələri uzaqdan görən sürücülər dərhal sürəti azaldıblar. Bununla da baş verə biləcək qəzaların qarşısı alınıb. Bundan başqa, daha bir DYP inspektoru xətçəkən texnikanın üzərində əyləşərək texnikanı idarə edən sürücünün nizamlı hərəkət etməsinə köməklik gösətirib.

Avtosfer.az həmin görüntüləri təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh