“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir

Avtoxəbər 17 Avqust 2018 10:06 Oxunub 1355
“Iran Khodro” Azərbaycanda istehsalatı genişləndirmək niyyətindədir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır

İranın avtomobil istehsalçısı “Iran Khodro” Azərbaycanda istehsalın ikinci xəttini işə salmaq niyyətindədir. Bunu Trend-in İrandakı xüsusi müxbirinə İranın sənaye, mədənlər və ticarət nazirinin müavini Möhsün Salehiniyə deyib. Nazir müavininin sözlərinə görə, bu addım şirkətə Azərbaycanda istehsalatı genişləndirməyə imkan verəcək: “Hazırda “Iran Khodro” gündəlik avtomobil buraxılışını 4-dən 8-ə qaldırmaq üçün mövcud istehsalat xəttinin gücünü artırmağı planlaşdırır. Gələcəkdə şirkət ikinci istehsalat xəttini işə salaraq ildə 2500 avtomobil istehsal etməyi nəzərdə tutur”. Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıb. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Müəssisədə "Khazar" brendi ilə avtomobillərin, həmçinin "Peugeot" və "Renault" avtomobillərinin bir sıra modellərinin istehsal edilməsi nəzərdə tutulub. Zavodun illik istehsal gücü 10 min avtomobil təşkil edəcək. Gələcəkdə avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh