Qusarda polis belə işləyir - Turizm mövsümü ilə əlaqədar

Yol polisi 17 Avqust 2018 14:38 Oxunub 2823
Qusarda polis belə işləyir - Turizm mövsümü ilə əlaqədar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayon ərazisində 3460 qayda pozuntusu aşkarlanıb

Turizmin inkişaf etdiyi Qusar rayonunda təhlükəsizliyin təmin olunması və gələn qonaqların istirahətlərini rahat və sərbəst keçirmələri üçün Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətlərini rayon ərazisində kriminogen durumun sabit saxlanması və baş verə biləcək hadisələrin qarşısını vaxtında almaq istiqamətində təşkil ediblər. Post Patrul Xidmətinin əməkdaşları təhkim olunmuş xidməti avtomobillərlə mütəmadi olaraq rayon və istirahət zonalarında avtopatrul xidmətini yerinə yetirir, naryadlar əhalinin sıx olduğu və turistlərin ekskursiyaya çıxdıqları ərazilərdə növbəli xidmət aparırlar. Qusar Rayon Polis Şöbəsinin “Şahdağ” Turizm Kompleksinin ərazisində xidmət aparan Şahdağ Polis Bölməsi əməkdaşları tərəfindən xidmətin təşkili yüksək səviyyədədir. Kompleksdə xidmət göstərən otellərdə bölmə tərəfindən gündəlik naryadlar ayrılır ki, bu da təhlükəsizliyin təmin olunmasında böyük rol oynayır. Turistlər isə göstərilən qayğıdan məmnunluqlarını bildirirlər. Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində və istirahət zonalarında yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülür. Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən aparılan xidmət barədə danışan Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Tərlan Zeynalov bildirib ki, inspektorlar tərəfindən rayon ərazisində qəzaların sayının minimuma endirilməsi və yol hərəkəti qaydalarına riayət olunması məqsədilə reydlər keçirilir, spirtli içki qəbul edən sürücülər saxlanılaraq barələrində qanunauyğun tədbirlər görülür. Belə tədbirlərin baş verəcək yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında böyük rol oynadığını qeyd edən bölmə rəisi cari ilin yeddi ayı ərzində rayon ərazisində qeydə alınan qayda pozuntuları haqda da məlumat verib. Bildirib ki, rayon ərazisində 3460 qayda pozuntusu aşkarlanıb. Onlardan 3235 şəxs barəsində inzibati protokol tərtib edilib. Barələrində tədbir görülən şəxslər arasında 43-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edənlər və 48-i isə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə göstəricilərin sayında azalma olduğunu bildirən bölmə rəisi keçən il sərxoş halda nəqliyyat vasitəsini idarə edənlərin 54 və sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edənlərin 59 nəfər olduğunu qeyd edib. Bir nəfər isə rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə YPX-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə barəsində inzibati qaydada protokol tərtib olunub və Qusar Rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib. Bundan əlavə, rayon ərazisində 10 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da keçən illə müqayisədə 1 fakt azdır. Sürücülər arasında aparılan profilaktiki söhbətlərin nəticəsində yol-nəqliyyat hadisələrinin, sərxoş halda və sürücülük hüququ olmadan avtomobil idarə edənlərin sayının azalmasını sevindirici hal kimi dəyərləndirən T.Zeynalov tərtib edilən inzibati protokolların ödənilməsi göstəricisinin də yüksək olduğunu bildirib. İlk yeddi ayda tərtib olunan 3235 inzibati protokolun 99 faizi qayda pozmuş sürücülər tərəfindən ödənilib. Polis mayoru T.Zeynalov yol patrul xidməti tərəfindən rayon ərazisində xidmətin daha da yüksək olacağını, istər yerli sakinlər, istərsə də bura gələn qonaqların sərbəst və rahat istirahət etmələri üçün zəruri bütün tədbirlərin görüləcəyinə əminliyini bildirib. 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh