Polis gücləndirilmiş iş rejimində işləyəcək - Nazir əmr verdi

Gündəm 17 Avqust 2018 14:48 Oxunub 873
Polis gücləndirilmiş iş rejimində işləyəcək - Nazir əmr verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə

Respublikanın daxili işlər orqanları Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Qurban bayramı günlərində ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının daha etibarlı qorunması məqsədilə əmr imzalayıb. Əmrə əsasən, avqustun 22-dən 24-dək ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərdə mühafizə-rejim tədbirləri, habelə xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi gücləndiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh