Filippin Rusiyadan hərbi gəmilər ala bilər

Gündəm 17 Avqust 2018 21:12 Oxunub 752
Filippin Rusiyadan hərbi gəmilər ala bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Heç bir siyasi şərt irəli sürmür

Filippin Rusiyadan hərbi gəmilərin alınması imkanlarını nəzərdən keçirir.

 

Avtosfer.Azn Trend-ə istinadən məlumatına görə, bu barədə Filippinin Rusiyadakı səfiri Karlos Soretta açıqlama verib.

 

K.Soretta bildirib ki, Filippin hökuməti Moskvanın təklif etdiyi şərtləri digər ölkələrlə müqayisə edir.

 

Səfir əlavə edib ki, Rusiya digər ölkələrdən fərqli olaraq silah və ya hərbi texnika satışı zamanı heç bir siyasi şərt irəli sürmür.

 

Qeyd edək ki, ötən ilin oktyabrında Rusiya ilə Filippin arasında imzalanmış hərbi-texniki əməkdaşlıq sazişinə əsasən Rusiya bu ölkəyə qumbaraatanlar tədarük edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh