Təyyarə qəzaya uğrayıb, ölən var

Qəzalar 18 Avqust 2018 00:38 Oxunub 541
Təyyarə qəzaya uğrayıb, ölən var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub

Kanadanın Albert əyalətinin Edmonton şəhəri yaxınlığında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.

 

Avtosfer.Az "report"-a istinadən bildirir ki, "Cessna 172" tipli təyyarə hələ avqustun 12-də Edson şəhər aeroportundan uçduqdan sonra radarlardan itib. Onun axtarışlarına Kanada Hərbi Hava Qüvvələrinin aviasiyası cəlb olunub. Qəzaya uğramış təyyarə Lak Sent-Enn dairəsinin meşəsində aşkar olunub.

 

Onun göyərtəsində təkcə pilot olub. Qəzanın səbəbləri araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh