Sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib - Yevlaxda

Qəzalar 18 Avqust 2018 08:18 Oxunub 672
Sürücü qarşısına çıxan iti vurmamaq istərkən qəza törədib - Yevlaxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1965-ci il təvəllüdlü Yevlax şəhər sakini Əliyev Taleh Əjdər oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən anidən yola it çıxıb. Bu zaman sürücü heyvanı vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh