Köşkdən 2500 manat və 1700 rubl oğurlayan şəxs saxlanılıb - Xaçmazda

Gündəm 18 Avqust 2018 09:34 Oxunub 671
Köşkdən 2500 manat və 1700 rubl oğurlayan şəxs saxlanılıb - Xaçmazda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Xaçmaz rayon ərazisində oğurluq etmiş şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, avqustun 13-də Xaçmaz rayonu Qımıl-qışlaq kənd sakini Zaur Mustafayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl naməlum şəxs və ya şəxslər tərəfindən avtovağzal ərazisində icarə əsasında işlətdiyi köşkdən 2500 manat və 1700 rubl pulunun oğurlandığını bildirib. Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Şirin Həsənli saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullardan 1400 manat və 1700 rubl maddi sübut kimi ondan götürülərək zərəəkmişə qaytarılıb.  Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh