İki yük avtomobili toqquşdu: xəsarət alan var – Hacıqabulda

Qəzalar 18 Avqust 2018 11:13 Oxunub 662
İki yük avtomobili toqquşdu: xəsarət alan var – Hacıqabulda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı "KamAz" markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə "Shagman"ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh