Ən böyük teleskop istifadəyə verilib

Texnologiya 18 Avqust 2018 11:45 Oxunub 1635
Ən böyük teleskop istifadəyə verilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir

Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən “Seimei” teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir. Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər. Tədqiqatçıların əsasən qara dəliklərin əmələ gəlmə və ən yeni ulduzlarda partlayışların başvermə səbəblərinin araşdırılması ilə məşğul olacaqları bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh