Azərbaycan vətəndaşı avtomobil qəzasında ölüb - Ukraynada

Qəzalar 18 Avqust 2018 12:36 Oxunub 1088
Azərbaycan vətəndaşı avtomobil qəzasında ölüb - Ukraynada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Ukraynanın hüquq-mühafizə orqanları araşdırma aparır

Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Tovuz rayon sakini, 1954-cü il təvəllüdlü Nadejda Məmmədova Kiyevə qardaşının yanına qonaq gedib. O, Ukrayna vətəndaşı olan qardaşı, 1956-ci il təvəllüdlü Sergey Trenti ilə birgə magistral yolda avtomobill qəzasına düşüb. Belə ki, onların olduqları avtomobil başqa bir avtomobilə toqquşub. Nəticədə bacı və qardaşı hadisə yerində ölüb. Məlumatlara görə, qəza nəticəsində digər avtomobilin sürücüsü də aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Ukraynanın hüquq-mühafizə orqanları araşdırma aparır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh