Neftçalada motosikl aşıb, sürücü xəsarət alıb

Qəzalar 19 Avqust 2018 11:00 Oxunub 847
Neftçalada motosikl aşıb, sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Neftçalada motosikletin aşması nəticəsində sürücü xəsarət alıb.“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yeniqışlaq kəndi ərazisində baş verib. Kənd sakini, 1981-ci il təvəllüdlü Salayev Samir Ədalət oğlu “İJ” markalı motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sürücünün sərxoş vəziyyətdə motosikleti idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh