"Bu Şəhərdə"-nin aktyoru Rafael qaydaları belə pozur - VIDEO

Avtosfer TV 19 Avqust 2018 16:50 Oxunub 6768
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaydanı pozaraq sağdan ötmə edir

"Bu Şəhərdə" layihəsinin aktyoru, respublikanın əməkdar artisti Rafael İsgəndərovun yol hərəkəti qaydasını pozması Avtosfer.az-ın kamerasına düşüb.

Aktyor idarə etdiyi 90-KR-990 qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə iyulun 31-də paytaxtın Mətbuat prospektində (60 km saat sürət təşkil olunmuş yolda) hərəkət sürətini aşaraq, sol zolaqda ötmə edən avtomobildən zolağı tərk etməyi tələb edir. Qarşıdakı avtomobilin sağa yerdəyişmə etmək imkanı olmadığını görən aktyor, qaydanı pozaraq sağdan ötmə edir. 

Öncə qeyd edək ki, Rafael bəy hərəkət sürətini aşmasaydı heç kimdən yol istəmək məcburiyyətində olmayacaqdı. Əgər qaydanı pozursa, qaydalar çərçivəsində hərəkət edən digər sürücüləri qayda pozmağa vadar etməməlidir.

Bu cür tanınmış insanlar öz hərəkətləri ilə cəmiyyətə örnək olmalı, ölkənin qanunlarına hamıdan əvvəl riayət etməlidirlər.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh