Gəmidən suya düşən qadın 10 saat açıq dənizdə qalıb - VİDEO

Gündəm 20 Avqust 2018 10:04 Oxunub 705
Gəmidən suya düşən qadın 10 saat açıq dənizdə qalıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirilir

Böyük Britaniya sakini "Norwegian Star" kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, gəmi Varqalora limanından Venetsiyaya üzürmüş. Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar. 46 yaşlı Key Lonqstaff Xorvatiyanın Pula şəhər xəstəxanasına aparılıb. Tibbi müayinədən sonra qadın evə buraxılıb. Hazırda Xorvatiya hökuməti turist qadının suya qəsdən və ya təsadüfən düşdüyünü müəyyən etmək üçün videomüşahidə kameralarının qeydlərini nəzərdən keçirir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh