Türkiyə yeni helikopterini təqdim etdi – FOTO

Texnologiya 20 Avqust 2018 10:20 Oxunub 1726
Türkiyə yeni helikopterini təqdim etdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Helikopterin heyəti iki nəfərdən ibarət olacaq

Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb. Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq. T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb. Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır. TUSAŞ helikopterinin hazırlanmasına dair müqavilə 2013-cü ildə imzalanıb. Helikopter təcili tibbi yardım briqadası, xilasetmə və yanğın əleyhinə əməliyyatlarda uğurla tətbiq oluna bilər. Helikopterin heyəti iki nəfərdən ibarət olacaq. O, 12 nəfərdək sərnişini daşımaq üçün nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh